Karateçilərimiz İsveçrədə 11 medal qazandı - FOTO

13-09-2021, 07:22           
Karateçilərimiz İsveçrədə 11 medal qazandı - FOTO
Karateçilərimiz İsveçrənin Bazel şəhərində “XI İnternational Basel Open Masters” yarışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, turnirə 13 idmançı ilə qatılan Milli komandamız 3 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 11 medala sahib çıxıb.

Yarışda müxtəlif kateqoriyalarda Turqut Həsənov (qızıl və gümüş medal), Pənah Abdullayev (qızıl və bürünc medal) və Tural Ağalarzadə (qızıl medal) qazanıb.

Asiman Qurbanlı (gümüş və bürünc medal), Rafiz Həsənov (gümüş medal), Məhəmməd İsmayılov, Firdovsi Fərzəliyev, Ülvi Qurbanlı və Samir Məmmədov (bürünc medal) mükafatçılar arasında yer alıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru