Fransa çempionatında futbolçu qəfildən yerə yıxılıb

13-09-2021, 09:46           
Fransa çempionatında futbolçu qəfildən yerə yıxılıb
Fransanın "Strasburq" komandasının futbolçusu Dimitri Lyenar "Lion"a qarşı keçirdikləri Liqa 1-in V tur oyunu zamanı qəfildən yerə yıxılıb.

"Report" "Driect Racing"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi görüşün sonlarında huşunu itirib.

Fransalı oyunçu xərəkdə meydanı tərk edib. Lyenarın komanda yoldaşı Aleksandr Cikyu onun durumunun hazırda yaxşı olduğunu bildirib.

Qeyd edək ki, qarşılaşma "Lion"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.