Klub prezidenti "Real"ı boykot etdi - 12 yaşlı oyunçuya görə

13-09-2021, 12:04           
Klub prezidenti "Real"ı boykot etdi -
"Selta"nın prezidenti Viqo Karlos Murinyo komandasının "Real"a qarşı səfər matçını izləməkdən imtina edib.

Qol.sz "AS" nəşrinə istinadən xəbər verir ki, buna Madrid təmsilçisinin 12 yaşlı futbolçunu transfer etməsi səbəb olub. Mənbə bildirib ki, Murinyo fəxri qonaq qismində dünənki görüşü yenilənmiş "Santyaqo Barnabeu" stadionundan izləməli idi. Amma o, etiraz olaraq oyuna getməyib.

Bugünlərdə "Real" yeniyetmələr arasında yarışın ən yaxşı futbolçusu olmuş 12 yaşlı Brayan Buqarini transfer edib. Murinyo isə buna görə "Real"ın prezidenti Florentino Peresi yeniyetmə oyunçuların ticarətində günahlandırıb. O, bu səbəbdən "Real"ın iştirakı ilə keçirilən bütün görüşləri boykot edib.

Qeyd edək ki, La Liqanın 4-cü turunun "Real" - "Selta" görüşündə meydan sahibləri 5:2 hesabı ilə qalib gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru