“Mahir Emreli Polşada çox qalmayacaq” – İDDİA

14-09-2021, 00:03           
“Mahir Emreli Polşada çox qalmayacaq” – İDDİA
Polşa mətbuatı yay fasiləsində "Ekstraklasa"ya ( Polşa çempionatı) keçən futbolçuların çıxışını dəyərləndirib.

Yerli KİV bir neçə oyunçunu fərqləndirib ki, onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

"Qarabağ”dan "Legiya”ya keçən və komandanın Avropa Liqasının qrupuna düşməsində böyük rol oynayan 24 yaşlı forvard bu yay Polşa çempionatına üz tutan ən yaxşı futbolçular sırasında göstərilib. Mahirlə yanaşı, Vladan Kovaçeviç ("Rakov”), Mixal Pazdan ("Yagelloniya”), Kamil Qrosiçki ("Poqon”), Lukaş Podolski ("Qornik”), Joao Amaral ("Lex”), Damian Kadzior ("Pyast”), Mayk Navroçki ("Legiya”) və Matey Hanuşek ("Visla”) də Polşa çempionatının bəzəyi sayılır.
Polşalılar hesab edir ki, adıçəkilən oyunçulardan bəziləri bu ölkədə çox qalmayacaq. Xüsusən də, Kovaçeviç və Emrelinin daha böyük çempionata yüksək məbləğə keçəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Mahir Emreli "Legiya” ilə 2+1 illik müqavilə bağlayıb.

(Apasport.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru