Avropa Liqası: Mahir Emrelinin komandası “Spartak”a qalib gəlib

16-09-2021, 00:06           
Avropa Liqası:
UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı Rusiyada “Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib. “Spartak” stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.

Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. 24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət yaxalasa da, başla vurduğu top dirəyə dəyərək qapı xəttini tərk edib.

Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə “Lester”i İtaliya “Napoli”sini qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru