Avropa Liqası: "Qalatasaray" "Latsio" ilə, "Fənərbağça" "Ayntraxt"la qarşılaşacaq

16-09-2021, 08:33           
Avropa Liqası: "Qalatasaray" "Latsio" ilə, "Fənərbağça" "Ayntraxt"la qarşılaşacaq
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsində ilk turun digər matçları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 8 qrupda 15 qarşılaşma baş tutacaq.

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" İtaliya "Latsio"sunu qəbul edəcək. "Fənərbağça" isə Almaniyada "Ayntraxt" (Frankfurt) komandasının qonağı olacaq.

A qrupu

23:00. "Bröndbü" (Danimarka) - "Sparta" (Praqa, Çexiya)

23:00. "Reyncers" (Şotlandiya) - "Lion" (Fransa)

B qrupu

23:00. "Monako" (Fransa) - "Şturm" (Qrats, Avstriya)

23:00. PSV (Eyndhoven, Niderland) - "Real Sosyedad" (İspaniya)

C qrupu

23:00. "Lester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)

D qrupu

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Fənərbağça" (Türkiyə)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Antverpen" (Belçika)

E qrupu

20:45. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)

20:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Marsel" (Fransa)

F qrupu

20:45. "Midtüllan" (Danimarka) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan)

20:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Braqa" (Portuqaliya)

G qrupu

20:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Ferentsvaroş" (Macarıstan)

20:45. "Betis" (İspaniya) - "Seltik" (Şotlandiya)

H qrupu

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Vest Hem" (İngiltərə)

20:45. "Rapid" (Vyana, Avstriya) - "Genk" (Belçika)

Qeyd edək ki, C qrupunun sentyabrın 15-də keçirilmiş görüşündə Polşa "Legiya"sı Rusiyada "Spartak"ı məğlubiyyətə uğradıb - 1:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru