“Ayaks”ın hücumçusu 4 qolla Marko van Bastenin rekordunu təkrarlayıb

16-09-2021, 10:37           
“Ayaks”ın hücumçusu 4 qolla Marko van Bastenin rekordunu təkrarlayıb
Çempionlar Liqasının I turunda "Sportinq"lə qarşılaşan "Ayaks" səfərdə 5:1 hesablı qələbə qazanıb.

Teref.Az APA-ya istinadən bildirir ki, qarşılaşmanın qəhrəmanı pokerə imza atan Sebastian Aller olub.

27 yaşlı hücumçu debüt görüşündə 4 qola imza atmaqla 29 illik rekordu təkrarlayıb. Ona qədər yalnız əfsanəvi niderlandlı Marko van Basten bunu bacarmışdı. Van Basten 1992-ci ildə "Milan"ın heyətində ən nüfuzlu klub turnirində çıxdığı ilk görüşdə "Göteborq"un qapısından 4 top keçirib.

Qeyd edək ki, "Ayaks" qrupda növbəti oyununu sentyabrın 28-də evdə "Beşiktaş"a qarşı keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru