“Bazel”in baş məşqçisi: “Qapıya 20-25 metrdən artıq yaxınlaşa bilmirdik”

17-09-2021, 00:07           
“Bazel”in baş məşqçisi:
“İntensiv oyun izlədik. Bunu gözləyirdik. Eyni səviyyəli komandalar oynadı. Üstünlük “Qarabağ”da idi. Yüksək pressinq edirdilər. İkinci hissədə isə təzyiqi daha da artırdılar. Son dəqiqələrdə Ramil Şeydayevin başla vurduğu zərbə zamanı bəxtimiz gətirdi. “Qarabağ” öz potensialını göstərdi”.

Oxu.Az xəbər verir ki, bunu Avropa Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilən “Qarabağ” – “Bazel” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Patrik Rahmen deyib.

“Oyunu nəzərə alanda 1 xal qazandıq. Üstünlük “Qarabağ”da idi. Bizim də şanslarımız olub. Amma hücumlarımızın sonu yox idi. Rəqib qapısına yaxınlaşmaq çətin olurdu. Qapıya 20-25 metrdən artıq yaxınlaşa bilmirdik.

“Qarabağ” çox güclü rəqibdir. “Kayrat”la bağlı kifayət qədər məlumatım yoxduf. Necə oynadıqlarını tam bilmirəm. “Omoniya”ya qarşı səfərdə oynamaq çətindir. “Qarabağ”a hörmətlə yanaşıram. 7 ildir qruplardadırlar, Çempionlar Liqasında oynayıblar”, - deyə P.Rahmen bildirib.

Xatərladaq ki, “Qarabağ” bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində İsveçrənin “Bazel” komandası ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Səbuhi Musayev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru