Bundesliqa: “Bavariya” 7 cavabsız top vurub

19-09-2021, 00:00           
Bundesliqa: “Bavariya” 7 cavabsız top vurub
Münhenin “Bavariya” klubu Almaniya çempionatının 5-ci turunda “Bohum”u 7:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, qolları Leroy Sane, Yozua Kimmix (dubl), Serj Qnabri, Erik-Maksim Şupo-Motinq və Robert Levandovski vurublar.

5 turdan sonra “Bavariya” 13 xalla turnir cədvəlinə başçılıq edir. Münhen klubu 5 matçda 20 qol vuraraq cəmi 4 qol buraxıb.

“Bohum” isə üç xalla 17-ci yerdədir.

Növbəti matçda “Bavariya” “Qroyter Fyurt”la qarşılaşacaq. “Bohum” isə “Ştutqart”la üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru