Emreli "Legiya"da növbəti qolunu vurub

19-09-2021, 21:53           
Emreli "Legiya"da növbəti qolunu vurub
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Varşava təmsilçisinin heyətində növbəti qolunu vurub. "Report"un məlumatına görə, 24 yaşlı hücumçu "Qurnik Lençna" komandasına 3:1 hesabı ilə qalib gəldikləri Ekstraklasanın VIII tur matçında fərqlənib.

Fasilədən sonra Tomaş Pexartın yerinə meydana daxil olan forvard 79-cu dəqiqədə görüşdə son nöqtəni qolub. Bu, onun Polşa çempionatında ilk qolu olub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 9-a çatdıran "Legiya" 12-ci pillədə qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru