Emreli Polşa çempionatında ikinci qolunu vurdu - VİDEO

26-09-2021, 07:00           
Emreli Polşa çempionatında ikinci qolunu vurdu - VİDEO
Millimizin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti qolunu vurub.

Bizim.Media xəbər verir ki, “Legiya”nın 24 yaşlı hücumçusu IX turda “Rakuv"la oyunda fərqlənib.

O, 34-cü dəqiqədə bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və hesab bərabərdir - 1:1. Mahir Emreli VIII turda "Qurnik Lençna"ya 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada da adını tabloya yazdırıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.