“Legiya”nın paylaşımı: “Mahir yox, Magik” - FOTO

26-09-2021, 09:57           
“Legiya”nın paylaşımı:
Polşada legioner karyerasını uğurla davam etdirən millimizin hücumçusu Mahir Emreli klubu “Legiya”nın sosial şəbəkə hesablarının əsas qəhrəman obrazlarından biridir.

Ötən gün Ekstraklassanın IX turunda “Rakuv”la matçda komandanın heyətində növbəti qolunu vuran Mahiri “Legiya”nın rəsmi “Twitter” hesabı möcüzə, sehr kimi təqdim edib.

Klubun rəsmi hesabında futbolçunun fotosu paylaşılaraq “Mahir yox, Magik (ingiliscə möcüzə, sehr)” yazılıb.

Qeyd edək, bu mövsüm “Legiya” ilə müxtəlif sferalarda 16 matçda meydana çıxan Mahir Emreli ümumilikdə 9 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.