Konfrans Liqası: Qrup mərhələsində II turun oyunları keçiriləcək

30-09-2021, 08:25           
Konfrans Liqası: Qrup mərhələsində II turun oyunları keçiriləcək
Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, 8 qrupda ümumilikdə 16 qarşılaşma baş tutacaq.

C qrupunda İtaliya "Roma"sı Ukraynada "Zarya" ilə qarşılaşacaq. G qrupunda "Tottenhem" İngiltərədə Sloveniya "Mura"sını sınağa çəkəcək.

"Qarabağ"ın yer aldığı H qrupunda da 2 görüş oynanılacaq. Ağdam klubu Kiprdə "Omoniya"nın qonağı olacaqsa, digər matçda "Bazel" İsveçrədə Qazaxıstan "Kayrat"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.

A qrupu

20:45. "Alaşkert" (Ermənistan) - HİK (Finlandiya)

20:45. LASK (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail)

Xal durumu: "Makkabi" - 3, LASK - 3, HİK - 0, "Alaşkert" - 0.

B qrupu

20:45. "Partizan" (Serbiya) - "Flora" (Estoniya)

20:45. "Gent" - "Anortosis" (Kipr)

Xal durumu: "Partizan" - 3, "Gent" - 3, "Flora" - 0, "Anortosis" - 0.

C qrupu

20:45. "MOİK-Sofiya" (Bolqarıstan) - "Budyo Qlimt" (Norveç)

20:45. "Zarya" (Luqansk, Ukrayna) - "Roma" (İtaliya)

Xal durumu: "Roma" - 3, "Budyo Qlimt" - 3, "Zarya" - 0, "MOİK-Sofiya" - 0.

D qrupu

20:45. ÇFR (Kluj, Rumıniya) - "Randers" (Danimarka)

20:45. AZ (Niderland) - "Yablonets" (Çexiya)

Xal durumu: "Yablonets" - 3, AZ - 3, "Randers" - 3, ÇFR - 0.

E qrupu

23:00. "Feyenoord" (Niderland) - "Slaviya" (Praqa, Çexiya)

23:00. "Union Berlin" (Almaniya) - "Makkabi" (Hayfa, İsrail)

Xal durumu: "Slaviya" - 3, "Feyenoord" - 1, "Makkabi" - 1, "Union Berlin" - 0.

F qrupu

23:00. PAOK (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya)

23:00. "Kopenhagen" (Danimarka) - "Linkoln" (Cəbəllütariq)

Xal durumu: "Kopenhagen" - 3, PAOK - 3, "Slovan" - 0, "Linkoln" - 0.

G qrupu

23:00. "Vitess" (Niderland) - "Renn" (Fransa)

23:00. "Tottenhem" (İngiltərə) - "Mura" (Sloveniya)

Xal durumu: "Vitess" - 3, "Tottenhem" - 1, "Renn" - 1, "Mura" - 0.

H qrupu

23:00. "Omoniya" (Kipr) - Qarabağ" (AZƏRBAYCAN)

23:00. "Bazel" (İsveçrə) - "Kayrat" (Qazaxıstan)

Xal durumu: "Qarabağ" - 1, "Omoniya" - 1, "Bazel" - 1, "Kayrat" - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru