Mahir Emrelinin komandası “Lester”ə qarşı

30-09-2021, 12:56           
Mahir Emrelinin komandası “Lester”ə qarşı
Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Varşava təmsilçisi C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə “Lester”ini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 24 yaşlı hücumçunun start heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, ilk turda Moskva “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Legiya” hazırda C qrupunda liderdir.

30 sentyabr

20:45. “Legiya” (Polşa) – “Lester” (İngiltərə)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru