"Fənərbağça" futbolçu üçün transfer haqqını səhvən avtomobil şirkətinə ödəyib

30-09-2021, 11:38           
"Fənərbağça" futbolçu üçün transfer haqqını səhvən avtomobil şirkətinə ödəyib
Türkiyənin "Fənərbağça" klubu futbolçu Mixa Zaytsın keçidi üçün pulu səhvən avtomobil satışı üzrə şirkətə keçirib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 2019-cu ildə heyətə cəlb olunan Zayt üçün İtaliya "Empoli"sinə 830 000 avro ödənişin son hissəsi 2020-ci ildə həyata keçirilib. Lakin bu məbləğ Niderlandın avtomobil alqı-satqı şirkətinə köçüb.

Şirkət pulu qaytarmaqdan imtina etdiyi üçün klub tərəfindən məhkəməyə verlib. 2021-ci ilin avqustunda məhkəmə "Fənərbağça"nın iddiasını təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru