Avropa Liqası: “Legiya” qələbə qazanıb, “Fənərbağça” evdə darmadağın olub

30-09-2021, 23:27           
Avropa Liqası: “Legiya” qələbə qazanıb, “Fənərbağça” evdə darmadağın olub
UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib.

“Report”un məlumatına görə, A, B, C və D qruplarının görüşdən artıq başa çatıb.

C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu Polşada İngiltərə “Lester”i ilə qarşılaşıb. Matçın taleyini 1 qol həll edib. 31-ci dəqiqədə fərqlənən Emreli komandasına qələbə qazandırıb. Bu qrupun digər matçında Rusiyanın “Spartak” (Moskva) komandası İtaliyada “Napoli”ni məğlub edib.

Türkiyənin turnirdəki təmsilçilərindən “Fənərbağça” Yunanıstan “Olimpiakos”unu qəbul edib. İstanbul təmsilçisi rəqibinə böyük hesabla uduzub – 0:3. D qrupunun digər oyununda Almaniya “Ayntraxt”ı Belçikada “Antverpen”ə minimal hesabla qalib gəlib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

A qrupu

20:45. “Sparta” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya) – 1:0

20:45. “Lion” (Fransa) – “Bröndbü” (Danimarka) – 3:0

Xal durumu: “Lion” – 6, “Sparta” -4 “Bröndbü” – 1, “Reyncers” – 0.

B qrupu

20:45. “Şturm” (Qrats, Avstriya) – PSV (Eyndhoven, Niderland) – 1:4

20:45. “Real Sosyedad” (İspaniya) – “Monako” (Fransa) – 1:1

Xal durumu: PSV – 4, “Monako” – 4, “Real Sosyedad” – 2, “Şturm” – 0.

C qrupu

20:45. “Legiya” (Polşa) – “Lester” (İngiltərə) – 1:0

20:45. “Napoli” (İtaliya) – “Spartak” (Moskva, Rusiya) – 2:3

Xal durumu: “Legiya” – 6, “Spartak” – 3, “Napoli” – 1, “Lester” – 1

D qrupu

20:45. “Antverpen” (Belçika) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 0:1

20:45. “Fənərbağça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) – 0:3

Xal durumu: “Olimpiakos” – 6, “Ayntraxt” – 4, “Fənərbağça” – 1, “Antverpen” – 0

E qrupu

23:00. “Marsel” (Fransa) – “Qalatasaray” (Türkiyə)

23:00. “Latsio” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya)

Xal durumu: “Qalatasaray” – 3, “Marsel” – 1, “Lokomotiv” – 1, “Latsio” – 0.

F qrupu

23:00. “Braqa” (Portuqaliya) – “Midtüllan” (Danimarka)

23:00. “Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Srvena Zvezda” (Belqrad, Serbiya)

Xal durumu: “Srvena Zvezda” – 3, “Lüdoqorets” – 1, “Midtüllan” – 1, “Braqa” – 0.

G qrupu

23:00. “Ferentsvaroş” (Macarıstan) – “Betis” (İspaniya)

23:00. “Seltik” (Şotlandiya) – “Bayer” (Leverkuzen, Almaniya)

Xal durumu: “Betis” – 3, “Bayer” – 3, “Seltik” – 0, “Ferentsvaroş” – 0

H qrupu

23:00. “Vest Hem” (İngiltərə) – “Rapid” (Vyana, Avstriya)

23:00. “Genk” (Belçika) – “Dinamo” (Zaqreb, Xorvatiya)

Xal durumu: “Vest Hem” – 3, “Genk” – 3, “Rapid” – 0, “Dinamo” – 0.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.