Konfrans Liqası: “Roma” qələbə qazanıb, Ermənistan klubu məğlub olub

1-10-2021, 00:18           
Konfrans Liqası:
UEFA Konfrans Liqasının qrup mərhələsində II tura start verilib.

“Report”un məlumatına görə, turnirin favoritlərindən hesab olunan İtaliyanın “Roma” klubu Ukraynada “Zarya”nın qonağı olub.

Qarşılaşma “canavarlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. C qrupundakı “MOİK-Sofiya” (Bolqarıstan) – “Budyo Qlimt” (Norveç) görüşündə isə hesab açılmayıb.

Finlandiyanın HİK komandası Ermənistanda “Alaşkert”i 4:2 hesabı ilə üstələyib. A qrupunun digər oyununda LASK Avstriyada İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə heç-heçə oynayıb – 1:1.

UEFA Konfrans Liqası,

Qrup mərhələsi II tur

A qrupu

20:45. “Alaşkert” (Ermənistan) – HİK (Finlandiya) – 2:4

20:45. LASK (Avstriya) – “Makkabi” (Təl-Əviv, İsrail) – 1:1

Xal durumu: “Makkabi” – 4, LASK – 4, HİK – 3, “Alaşkert” – 0.

B qrupu

20:45. “Partizan” (Serbiya) – “Flora” (Estoniya) – 2:0

20:45. “Gent” – “Anortosis” (Kipr) – 2:0

Xal durumu: “Partizan” – 6, “Gent” – 6, “Flora” – 0, “Anortosis” – 0.

C qrupu

20:45. “MOİK-Sofiya” (Bolqarıstan) – “Budyo Qlimt” (Norveç) – 0:0

20:45. “Zarya” (Luqansk, Ukrayna) – “Roma” (İtaliya) – 0:3

Xal durumu: “Roma” – 6, “Budyo Qlimt” – 4, “MOİK-Sofiya” – 1. “Zarya” – 0,

D qrupu

20:45. ÇFR (Kluj, Rumıniya) – “Randers” (Danimarka) – 1:1

20:45. AZ (Niderland) – “Yablonets” (Çexiya) – 1:0

Xal durumu: AZ – 4, “Yablonets” – 3, “Randers” – 2, , ÇFR – 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru