Fateh Tərim: “Marsel” azarkeşləri erməni bayrağı açaraq, tribunaları qarşıdurmaya təhrik etdilər

2-10-2021, 00:09           
Fateh Tərim: “Marsel” azarkeşləri erməni bayrağı açaraq, tribunaları qarşıdurmaya təhrik etdilər
“Qarşı tərəfdə daim Ermənistan bayrağı açırsınızsa, tribunalarımızı qarşıdurmaya təhrik edirsiniz. Amma rəqib fanatlar dayanmadan yunan bayrağı, erməni bayrağı açdılar, səs bombaları atdılar”.

Allsport.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fateh Tərim Fransada “Marsel”lə qolsuz heç-heçə etdikləri Avropa liqasının qrup mərhələsinin II tur oyununda yaşananlarla bağlı danışarkən deyib.

69 yaşlı mütəxəssis “sarı-qırmızı”lı fanatların ürəkləri ilə komandaya dəstək olduğunu və onları tək buraxmadığını bildirib: “Bu, asan məsələ deyil. Haqlıdırlar. Böyük kütlənin içərisində ürəkləri ilə bizi yalqız qoymadılar. Qarşı tərəf səs bombaları atırdı. Onlar atdıqları üçün hər halda bizimkilər dayanmayacaqdı. Mən azarkeşlərimizdən sakit olmalarını istədim. Sağ olsunlar, xahişimə əməl etdilər”.

Qeyd edək ki, görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.

Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru