Mahirin köynəyi satışa çıxarıldı FOTOFAKT

1-10-2021, 21:32           
Mahirin köynəyi satışa çıxarıldı  FOTOFAKT
“Legiya”da çıxış edən millimizin üzvü Mahir Əmrəlinin Avropa liqasının qrup mərhələsində İngiltərə “Lester”i ilə oyundan sonra müsahibə verərkən geyindiyi köynək gündəm olub. Allsport.az xəbər verir ki, köynəyin üzərində oyunun hesabının yazılması diqqət çəkib. Qısa vaxt ərzində hesabın əks olunduğu geyimin hazırlanması müzakirələrə səbəb olub.

Bunu nəzərə alan “Legiya” klubu həmin köynəyi rəsmi mağazalarında satışa çıxarıb. Köynəklərin qiyməti 89 Polşa zlotu (təqribən 38 manat) təşkil edir.

“Legiya” Mahir Əmrəlinin qolu ilə “Lester” üzərində 1:0 hesablı qələbə qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru