Benzema: “Mbappe “kral klubu”nda çıxış edəcək”

3-10-2021, 09:39           
Benzema: “Mbappe “kral klubu”nda çıxış edəcək”
Madrid “Real”ının hücumçusu Kərim Benzema PSJ-nin hücumçusu Kilian Mbappenin “kral klubu”nda çıxış edəcəyini açıqlayıb.

“Bu barədə onun özü danışıb. O, yeni nəsə istəyir. Nə vaxtsa “Real” üçün oynayacaq.

Bilmirəm, bu nə vaxt baş verəcək, ancaq Mbappe “Real”da oynayacaq. Bu, vaxt məsələsidir”, - deyə K.Benzema bildirib.

Mənbə: “Marca”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.