Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulur

3-10-2021, 08:46           
Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulur
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə 1 görüş baş tutacaq. Turun mərkəzi qarşılaşmasında 11 xalla 2 - 3-cü yerləri bölüşdürən "Qəbələ" və "Qarabağ" klubları üz-üzə gələcək. "Azersun Arena"dakı görüş saat 19:00-da başlayacaq.

İki kollektiv indiyədək ölkə çempionatında 50 oyunda qarşılaşıb. Bunların 26-sı Ağdam klubunun, 10-u "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 76:42.

“Qarabağ” son iki qarşılaşmada böyük hesabla qalib gəlib. “Qəbələ” 12 oyundur qələbə qazanmır.

Azərbaycan Premyer Liqası

VI tur

3 oktyabr

19:00. "Qarabağ" - "Qəbələ"

"Azersun Arena".

Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru