Şamil Zavurova qalib gələn Nəriman Abbasova avtomobil bağışladılar

5-10-2021, 00:08           
Şamil Zavurova qalib gələn Nəriman Abbasova avtomobil bağışladılar
"Qəbələ" idman klubunun prezidenti Fariz Nəcəfov Nəriman Abbasovla görüşüb və onunla sonrakı planları ilə maraqlanıb.
Qarışıq döyüş növləri (MMA) üzrə çempion Nəriman Abbasov rusiyalı Şamil Zavurova qalib gəldiyinə görə avtomobillə mükafatlandırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qəbələ" idman klubunun sosial şəbəkədəki paylaşımında deyilir.
Bu yaxınlarda Moskvada AMC Fight Nights və Eagles FC-nin birgə təşkil etdiyi və Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş Qarışıq Döyüş Sənəti (MMA) üzrə beynəlxalq turnir keçirilib. Gecənin əsas görüşü azərbaycanlı Nəriman Abbasovla "Dağıstan şiri" ləqəbli Şamil Zavurov arasında baş tutan döyüş idi ki, burada Abbasov ilk raundda texniki nokautla qalib gələrək AMC Fight Night çempionluq kəmərini qoruyub.
Bazar ertəsi, oktyabrın 4-də Nərimanı və onun məşqçisi, Azərbaycan Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasovu "Qəbələ" idman klubunun prezideenti Fariz Nəcəfov qəbul edib. Döyüşçünü qələbə münasibəti ilə təbrik edən Nəcəfov atletin sonrakı planları ilə maraqlanıb. Bundan başqa, "Qəbələ"nin prezidenti klubun şərəfini qoruyan Abbasova Toyota markalı avtomobil hədiyyə edib.
Qeyd edək ki, hazırda Nəriman Abbasov ən prestijli döyüş təşkilatı olan UFC ilə onun təşkil etdiyi yarışlarda çıxış etmək üçün müqavilə imzalanması ilə bağlı danışıqlar aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.