Dünyanın ən bahalı heyətləri olan klubların reytinqi təqdim edilib

5-10-2021, 07:48           
Dünyanın ən bahalı heyətləri olan klubların reytinqi təqdim edilib
İngiltərənin "Mançester Siti" klubu dünyada ən bahalı heyətli klublar reytinqində birinci yeri tutub.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hesabatında deyilir.

Məlumata əsasən, siyahıya İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və Fransanın Liqa 1 klubları daxil edilib.

Reytinq:

1. "Mançester Siti" (İngiltərə) - 1,280 milyard avro
2. "Mançester Yunayted" (İngiltərə) - 1,214 milyard avro
3. "Çelsi" (İngiltərə) - 946 milyon avro
4. "Barselona" (İspaniya) - 896 milyon avro
5. "Bavariya" (Almaniya) - 890 milyon avro
6. "Liverpul" (İngiltərə) - 868 milyon avro
7. "Real" (İspaniya) - 846 milyon avro
8. "Pari Sen-Jermen" (Fransa) - 808 milyon avro
9."Borussiya" Dortmund (Almaniya) - 687 milyon avro
10. "Atletiko" (İspaniya) - 662 milyon avro












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru