Braziliyalı futbolçu oyun zamanı hakimi amansızlıqla döydü - VİDEO

6-10-2021, 07:47           
Braziliyalı futbolçu oyun zamanı hakimi amansızlıqla döydü - VİDEO
Braziliyanın “SC Sao Paulo” klubunun oyunçusu Villyam Ribeyro “Guarani” ilə matçda hakimi döyüb. Hadisə Riu-Qrandi-du-Sul ştatının ikinci divizion çempionatında baş verib.

Bununla bağlı yayılan kadrlardan görünür ki, ilk zərbədən sonra hakim yerə yıxılır, lakin oyunçu bununla kifayətlənməyərək ayağı ilə ona yenə təpik vurur.

Aldığı travmalar nəticəsində huşunu itirən hakim xəstəxanaya yerləşdirilib.

Futbolçu həbs edilib. Onun hərəkətləri qətlə cəhd kimi qiymətləndirilib: Ribeyronun təqsiri sübut edilərsə, onu uzun müddət həbs cəzası gözləyir.

“SC Sao Paulo” oyunçunun müqaviləsinə xitam verildiyini açıqlayıb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru