Turan Bayramov dünya çempionatında ikinci oldu

7-10-2021, 00:07           
Turan Bayramov dünya çempionatında ikinci oldu
İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Turan Bayramov gümüş medal qazanıb.

Publika.az xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Bayramov (60 kq) final görüşündə Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olaraq gümüş medalla kifayətlənib.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.