Millətlər Liqasında ilk finalçı məlum oldu

7-10-2021, 08:21           
Millətlər Liqasında ilk finalçı məlum oldu
Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.

Publika.az.az xəbər verir ki, A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya İspaniya ilə qarşılaşıb.

Milanda "San-Siro" stadionunda keçirilən görüş ispanların qələbəsi ilə başa çatıb - 2:1. Luis Enrikenin komandası finala yüksəlib. İtaliyanın isə 37 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında bu gün Belçika və Fransa yığmaları üz-üzə gələcək.

6 oktyabr

22:45. İtaliya - İspaniya - 1:2

Qollar: Pelleqrini, 83 - Torres, 17, 45+2

Qırmızı vərəqə: Leonardo Bonucci (İtaliya)

Milan, "San-Siro" stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru