İngiltərənin tanınmış futbol klubu satıldı

8-10-2021, 00:07           
İngiltərənin tanınmış futbol klubu satıldı
İngiltərənin köklü futbol komandalarından "Nyukasl"ın yeni sahibi müəyyənləşib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb.

Tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edildiyi və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verdiyi bildirilib. Potensial müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.

Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş "Nyukasl" klubu daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru