Milli komandanın düşərgəsində qalmaqal: Futbolçu jurnalisti döyüb

8-10-2021, 08:20           
Milli komandanın düşərgəsində qalmaqal: Futbolçu jurnalisti döyüb
İngiltərə "Lester"inin futbolçusu Keleçi İheanaço Nigeriya millisinin düşərgəsində qalmaqal yaradıb.

"Report" "Score Nigeria" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ondan müsahibə götürmək istəyən müxbirə hücum çəkib.

Hadisə şahidlərinin sözlərinə görə, o, jurnalisti təpikləyərək kənara itələyib. Nigeriya Futbol Federasiyası və İdman Jurnalistləri Assosiasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, İheanaço bu mövsüm "Lester" in heyətində bütün turnirlərdə 10 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru