DÇ-2022: Türkiyə millisi Norveçlə, Almaniya Rumıniya ilə qarşılaşacaq

8-10-2021, 09:25           
DÇ-2022: Türkiyə millisi Norveçlə, Almaniya Rumıniya ilə qarşılaşacaq
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutacaq. Bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

E qrupunda Estoniya millisi Belarusu, Çexiya yığması Uelsi qəbul edəcək.

G qrupunda Türkiyə millisi Şenol Güneşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxacaq. "Ay-ulduzlular" "Şükrü Saracoğlu" stadionunda Norveçi sınağa çəkəcək. Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqin, Niderland isə Latviyanın qonağı olacaq.

H qrupunda Malta Sloveniya ilə, Kipr Xorvatiya ilə, Rusiya isə Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

J qrupunda da 3 oyun keçiriləcək. Lider Almaniya evdə Rumıniya ilə üz-üzə gələcək.

DÇ-2022, seçmə mərhələ
VII tur
8 oktyabr

E qrupu

22:45. Estoniya - Belarus

22:45. Çexiya - Uels

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 7 (5), Uels - 7 (4), Belarus - 3 (5), Estoniya - 1 (4).

G qrupu

22:45. Cəbəllütariq - Monteneqro

22:45. Latviya - Niderland

22:45. Türkiyə - Norveç

Xal durumu: Niderland - 13, Norveç - 13, Türkiyə - 11, Monteneqro - 8, Latviya - 5, Cəbəllütariq - 0.

H qrupu

22:45. Malta - Sloveniya

22:45. Kipr - Xorvatiya

22:45. Rusiya - Slovakiya

Xal durumu: Xorvatiya - 13, Rusiya - 13, Slovakiya - 9, Sloveniya - 7, Malta - 4, Kipr - 4.

J qrupu

22:45. Lixtenşteyn - Şimali Makedoniya

22:45. İslandiya - Ermənistan

22:45. Almaniya - Rumıniya

Xal durumu: Almaniya - 15, Ermənistan - 11, Rumıniya - 10, Şimali Makedoniya - 9, İslandiya - 4, Lixtenşteyn - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru