Mbappe Benzemanın rekordunu qırdı

8-10-2021, 12:18           
Mbappe Benzemanın rekordunu qırdı
Millətlər Liqasının yarımfinalında Belçika ilə matç Fransa millisinin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.

Teref.Az Qol.az-a istinadən xəbər verir ki, o, yığmanın heyətində 50-ci görüşünə çıxıb. 22 yaş 291 günlüyündə olan Mbappe 50 matç həddinə çatan ilk oyunçu olub. Bununla da o, Benzemanın (24 yaş 240 gün) rekordunu qırıb.

Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisində oynayır.

Əlavə edək ki, Fransa Belçikaya 3:2 hesabı ilə qalib gəlməklə finalda İspaniyaya rəqib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru