İrlandiya millisinin iki futbolçusu Bakıda xəstəlikləri səbəbindən təcrid olunub

8-10-2021, 17:17           
İrlandiya millisinin iki futbolçusu Bakıda xəstəlikləri səbəbindən təcrid olunub
İrlandiya yığmasının iki futbolçusu Adam İda və Ceyson Nayt Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununu buraxa bilər.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stiven Kenni "otbsports.com" saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, oyunçuların qızdırma səbəbindən sabahkı matçda iştirakı sual altına düşüb. Kenninin sözlərinə görə, onlardan götürülmüş koronavirus testinin nəticəsi mənfi çıxıb: "Yəqin, bu, səfərdən qaynaqlanan problemdir. Hər ikisinin yüksək hərarəti var və öz otaqlarında təcrid olunublar. Sadəcə, Nayt özünü daha pis hiss edir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru