Rafiq Hüseynov: “Ata, oğlun dünya çempionudur” - VİDEO

9-10-2021, 08:05           
Rafiq Hüseynov:
Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov dünya çempionu olduqdan sonra atasına telekameralar vasitəsilə müraciət edib.

Oxu.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində qızıl medal qazanan 33 yaşlı pəhləvan “Ata, oğlun dünya çempionudur” deyib.

Onun atası Radik Hüseynov uzun müddətdir güləş məşqçisi kimi çalışır. O, yığmada yer almadığı üçün dünya çempionatına yollana bilməyib.

Qeyd edək ki, Rafiq Hüseynov bu il həm də 77 kq çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub. Daha əvvəl isə o, 2011 və 2020-ci illərdə Avropa çempionluğu qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.