Andorranın ev oyunlarını keçirdiyi stadionda güclü yanğın baş verib - VİDEO

9-10-2021, 08:46           
Andorranın ev oyunlarını keçirdiyi stadionda güclü yanğın baş verib - VİDEO
Futbol üzrə Andorra milli komandasının ev oyunlarını keçirdiyi “Estadi Nasional” stadionunda güclü ynğın baş verib.

Andorra milli komandası sabah 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi çərçivəsində İngiltərəni məhz bu meydançada qəbul etməli idi.

Qeyd olunur ki, alov ehtiyyatda oturan oyunçuların oturduğu skamyaları və televiziya stendinin quraşdırıldığı yeri əhatə edib.

Yanğının səbəbi hələlik məlum deyil.

Britaniya mətbuatının yazdığına görə, hazırda görüşün məhz “Estadi Nasional”da keçirilməsi sual altındadır.

Mənbə: “Sky Sports”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru