DÇ-2022: Azərbaycan millisi bu gün İrlandiya ilə qarşılaşacaq

9-10-2021, 08:45           
DÇ-2022: Azərbaycan millisi bu gün İrlandiya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Norveçdən olan FIFA referisi Espen Eskas idarə edəcək.

Oyun öncəsi Azərbaycan millisində yeganə itki Bəhlul Mustafazadədir. "Qarabağ"ın müdafiəçisi zədəli olduğu üçün heyətdən çıxarılıb. Qonaqlarda isə Rayan Menninq, Dara O Şi, Şeymus Koulman zədə, Ceyson Molumbi və Alan Braun isə cəza səbəbindən matçı buraxacaqlar.

Bu komandalar arasında Dublində baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İrlandiya seçməsi isə 2 xalla 4-cüdür.

Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya millisi Lüksemburqun qonağı olacaq.

DÇ-2022, seçmə mərhələ

VII tur

A qrupu

20:00. Azərbaycan - İrlandiya

Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)

Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya - 13 (5 oyuna), Serbiya - 11 (5), Lüksemburq - 6 (4), İrlandiya - 2 (5), Azərbaycan - 1 (5)

Bizim Facebook səhifəmi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru