Millimizdən "dəfn mərasimi": Bakı Olimpiya Stadionu daha bir biabırçılığa şahidlik etdi

10-10-2021, 07:00           
Millimizdən "dəfn mərasimi":
Növbəti məğlubiyyət de Byazinin yetirmələrini turnir cədvəlinin “zirzəmi”sində “möhkəmlədib”.
Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Teref.az apasport.az-a istinadən bildirir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşüb.
Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ənənəsini bu dəfə də davam etdirib. Bakı Olimpiya Stadionundakı görüşə qədər aktivində cəmi 1 xal olan milli doğma azarkeşlər önündə də meydanı başıaşağı tərk edib.
Onsuz da, ilk iki yer şansını çoxdan itirən komandamız ən azı ilk qələbə sevinci yaşaya bilərdi. Lakin üç cavabsız qolla yığmamızı darmadağın edən İrlandiya tsikldə birinci qalibiyyətini Bakıda əldə edib. Bu məğlubiyyət de Byazinin yetirmələrini turnir cədvəlinin “zirzəmi”sində “möhkəmlədib”.
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsi
Avropa zonası, A qrupu
VII tur, 9 oktyabr
20:00. Azərbaycan – İrlandiya - 0:3
Qollar: Kallum Robinson, 7, 39, Çidozi Oqbene, 90
Baş hakim: Espen Eskas (Norveç)
Bakı Olimpiya Stadionu
Buna rəğmən millimizin baş məşqçisi ruhdan düşməyib.
“Nəticəyə baxmayaraq, ümumilikdə yaxşı oyun göstərdik", - Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən oyun barədə danışarkən deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.