Messi “Qızıl top”a namizədlərdən kimə səs verə biləcəyini etiraf edib

10-10-2021, 08:19           
Messi “Qızıl top”a namizədlərdən kimə səs verə biləcəyini etiraf edib
Lionel Messi “Qızıl top” mükafatına namizədlər arasında kimə səs verəcəyini açıqlayıb.

“Komandamızda asanlıqla səs verə biləcəyim iki oyunçumuz var. Söhbət Mbappe və Neymardan gedir. Həmçinin “Bavariya”dan Levandovskinin də adını çəkəcəm, o, heyrətamiz bir il keçirib. Bundan başqa, “Real”dan Benzema da əla idi”, - deyə o bildirib.

Xatırladaq ki, Fransanın “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Mükafat uğrunda 30 oyunçu mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru