Fransa Millətlər Liqasının qalibi olub

11-10-2021, 07:18           
Fransa Millətlər Liqasının qalibi olub
İspaniya və Fransa millilərinin oyununun taleyini üç qol həll edib

UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün qalibi bəlli olub. AYNA xəbər verir ki, finalda İspaniya və Fransa milliləri üz-üzə gəliblər. Oyunun taleyini üç qol həll edib.

Əvvəlcə Oyarzabal 64-cü dəqiqədə İspaniyanı önə çıxarıb. Ancaq ispanların qol sevinci cəmi iki dəqiqə çəkib. 66-cı dəqiqədə Karim Benzema möhtəşəm zərbə ilə vurduğu baxımlı qolla “status-kvo”nu bərpa edib.

Mbappenin 80-ci dəqiqədə vurduğu qol isə Fransaya qalibiyyəti və çempionluğu gətirib.

Qeyd edək ki, turnirin üçüncüsü Belçikaya qalib gələn (2:1) İtaliya olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru