Braziliya prezidenti peyvənd olunmadığından futbol matçına buraxılmayıb

11-10-2021, 07:58           
Braziliya prezidenti peyvənd olunmadığından futbol matçına buraxılmayıb
Braziliya Prezidenti Jair Bolsonaru San Paulo əyalətinin sahilindəki Peyrube şəhərinə səfəri zamanı qoruyucu maska ​​taxmadığı üçün cərimələnib və daha sonra COVID-19 əleyhinə peyvənd olunmadığı üçün futbol matçına da buraxılmayıb.

Bu barədə “Report” “Globo” telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, prezident şənbə günü şəhərdə gəzib, sakinlərlə şəkil çəkdirib. O, gəzinti zamanı COVID-19-a qarşı profilaktik tədbir olaraq ölkədə və şəhərdə taxılması məcburi olan maskadan istifadə etməyib.

"Meriya prezidentin üzündə qoruyucu maska olmadığı üçün onun 500 dollar cərimələndiyini təsdiqləyib", - telekanal bildirib.

Bolsonaru həmin gün həmçinin Braziliya çempionatında "Santos" və "Gremio" komandaları arasında keçirilən futbol matçına da qatıla bilməyib. O, çaşqınlığı barədə jurnalistlərə açıqlama verib.

"Santos”un oyununu izləmək istədim, amma mənə peyvənd edilməli olduğumu söylədilər. Nə üçün? Peyvənd edilənlərdən daha çox antitelim var", - dövlət başçısı deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru