Həbib Nurmaqomedovun rəqibi poçtda işləyən anasını işdən ayıra bilmir...

11-10-2021, 12:35           
Həbib Nurmaqomedovun rəqibi poçtda işləyən anasını işdən ayıra bilmir...
UFC-nin yüngül çəki üzrə reytinqinin 2 nömrəsi Castin Qetji Həbib Nurmaqomedovla döyüşün qonorarını alandan sonra anasını işdən uzaqlaşdıracağı ilə bağlı vədindən danışıb:


“Hələ ki anam işdən çıxmayıb. Bu gün işdən çıxsa, təqaüdünün 20 faizini itirəcək. Dəfələrlə demişəm ki, bundan narahat olma, işdən çıx. Ancaq o, təqaüd yaşına, yəni 56 yaş yarıma qədər işləmək istəyir. Mayda 56 yaşı tamam olub, bu üzdən dekabra qədər işləyəcək. Min dəfə desəm də, inadından dönmür, sona qədər işləyəcəyini deyir. Artıq 30 ildi poçtda çalışır. Ancaq söz verirəm ki, bu ilki Milad bayramı onun üçün işdə keçirəcəyi sonuncu bayram olacaq”.


Ötən il oktyabrın 24-də Nurmaqomedovla döyüşün 2-ci raundunda boğucu fəndə düşən amerikalı noyabrın 6-da Nyu-Yorkda keçiriləcək UFC 268 turnirində Maykl Çendler ilə qarşılaşacaq. (Futbol+ qəzeti)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru