55 ölkə arasında 50-ciyik – Millimizin bərbad göstəricisi

12-10-2021, 00:08           
55 ölkə arasında 50-ciyik –
Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində ən bərbad nəticə göstərən 6 komandadan biridir.

Qol.az xəbər verir ki, 6 turdan sonra millimizin ehtiyatında cəmi 1 xal var.

Seçmə mərhələnin Avropa zonasının 10 qrupunda ümumilikdə 55 komanda yarışır. 55 komandadan 49-u Azərbaycandan daha artıq xal toplayıb. Onların arasında Farer adaları (4 xal), Malta (4), Andorra (3) kimi cırtdan ölkələr də var.

Canni de Byazinin komandası ilə yanaşı 6 və 7 turdan sonra cəmi 1 xal toplayan daha 3 komanda var. Bunlar Gürcüstan, Moldova və Lixtenşteyndir. 2 komanda – Cəbəllütariq və San-Marinonun isə ümumiyyətlə, xalı yoxdur.

Millimiz 6 oyuna 1 xal toplamaqla yanaşı, 3 qol vurub və 12 qol buraxıb. Beləliklə, ümumi göstəriciyə əsasən, komandamız hazırda 55 milli arasında 50-cu yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru