Türkiyə millisinin baş məşqçisi qələbə qolundan sonra ağlayıb

12-10-2021, 12:46           
Türkiyə millisinin baş məşqçisi qələbə qolundan sonra ağlayıb
Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Latviyaya 2:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra ağlayıb.

"Report"un məlumatına görə, 59 yaşlı almaniyalı mütəxəssis 90+9-cu dəqiqədə Burak Yılmazın penaltidən vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, qarşılaşma Türkiyə yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 15 xal toplayan komanda G qrupunda 3-cü pillədə qərarlaşıb. Norveç 17 xalla ikinci, Niderland isə 19 xalla birinci pillədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru