UEFA AVRO-2028 üçün ev sahibi axtarır

12-10-2021, 20:04           
UEFA AVRO-2028 üçün ev sahibi axtarır
UEFA 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkələr üçün tender elan edib.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçılıq niyyətində olan milli assosiasiyalar 2022-ci ilin martınadək müraciət edə biləcəklər.

Qərar 2023-cü ilin sentyabrında açıqlanacaq. Coğrağı cəhətdən bir-birinə yaxın ölkələr birgə müraciət hüququna malikdir. AVRO-2028-də yenə 24 ölkənin iştirakı ilə 51 oyun olacaq.

Maraqlanan ölkələr 10 stadion göstərməlidir. Onlardan 1-i minimum 60 000 azarkeş tutumuna malik olmalıdır. Ən azı 50 000 fanat qəbul edən 2, 40 000-lik 4, 30 000-lik isə 3 stadion təqdim olunmalıdır.

Qeyd edək ki, AVRO-2024 Almaniya gerçəkləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru