Ronaldu dünya rekordunu yenilədi

6-10-2021, 07:06           
Ronaldu dünya rekordunu yenilədi
Lüksemburqla matçda het trik edən Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu özünə aid olan dünya rekordunu yeniləyib.

Oyunun 8 və 13-cü dəqiqələrində penalti zərbələrini dəqiq yerinə yetirən və 87-ci dəqiqədən oyun epizodundan fərqlənən ulduz futbolçu yığmanın heyətində 113, 114 və 115-ci qollarını vurub.

Qeyd edək ki, təkcə bu il ərzində “Mançester Yunayted”in oyunçusu Portuqaliya seçməsinin heyətində 13 dəfə rəqib qapısını silkələyib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.