Mahir Emrelinin transfer qiyməti artdı

17-10-2021, 08:38           
Mahir Emrelinin transfer qiyməti artdı
Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer qiymətində dəyişiklik olub.

Teref.az xəbər verir ki, bu barədə transfermarkt.ru portalının rəsmi “Instagram” hesabında məlumat verilib.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya (təqribən 3,9 milyon manat) yüksəlib. Beləliklə, forvard Polşa “Ekstraklass”ının (Yüksək Liqa) ən dəyərli futbolçuları sırasında “top 10-luğa” girib.

Emreli və komanda yoldaşı Bartoş Sliş müvafiq olaraq 9 və 10-cu yerləri bölüşürlər.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə “3+1 illik” sistemi üzrə müqaviləsi var. Oyunçunun əvvəlki qiyməti 1 milyon avro (təqribən 1,9 milyon manat) olub.
oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru