FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

30-11-2021, 07:58           
FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb
FIFA Puşkaş mükafatına namizədlərin siyahısını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, mükafata 11 futbolçu iddia edir. Onlardan 3-ü qadın oyunçudur.

Siyahıda İngiltərənin "Mançester Siti" klubundan Riyad Mahrez, Almaniya "Bayer"indən Patrik Şik və Portuqaliya "Portu"sundan Mehdi Taremi kimi futbolçular da yer alıb.

Namizədlərin siyahısı:

1. Luis Dias (Kolumbiya, "Portu")

2. Qotye En (Fransa, "Oser")

3. Erik Lamela (Argentina, "Tottenhem")

4. Valentino Lazaro (Avstriya, "Benfika")

5. Riyad Mahrez (Əlcəzair, "Mançester Siti")

6. Sandra Ovusu-Ansa (Qana, "Spartak")

7. Vangelis Pavlidis (Yunanıstan, AZ)

8. Daniele Sançes (Meksika, "Keretaro")

9. Patrik Şik (Çexiya, "Bayer")

10. Mehdi Taremi (İran, "Portu")

11. Kerolayn Uir (Şotlandiya, "Mançester Siti")

Qeyd edək ki, mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru