“Liverpul” və “Arsenal”ın sabiq hücumçusu vəfat etdi

1-12-2021, 08:33           
“Liverpul” və “Arsenal”ın sabiq hücumçusu vəfat etdi
“Liverpul” və “Arsenal”ın sabiq hücumçusu Rey Kennedi 70 yaşında vəfat edib.

O, futbolçu karyerasının son illərindən ömrünün axırına kimi Parkinson xəstəliyindən əziyyət çəkib.

Kennedi peşəkar karyerasına 1968-ci ildə “Arsenal”da başlayıb. London klubunun tərkibində Premyer Liqada 158 oyun keçirib və 53 qol vurub. Topçuların tərkibində 1970/71 mövsümündə İngiltərə Çempionu olub və eyni mövsümdə ölkə kubokunu qazanıb.

1974-cü ildə hücumçu “Liverpul”-a keçib və bu komandanın heyətində 275 liqa oyununda oynayaraq 51 qol vurub. Kennedi Mersisayd klubu ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə avrokubok, 4 dəfə ölkə Superkubokunun qalibi, həmçinin UEFA Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Mənbə: Sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru