Premyer Liqada lider yenidən dəyişdi: “Mançester Siti” səfərdə qalib gəldi - VİDEO

5-12-2021, 10:43           
Premyer Liqada lider yenidən dəyişdi:
İngiltərə Premyer Liqasının 15-ci turunda “Mançester Siti” “Uotford” səfərindən qələbə ilə ayrılıb.

Oxu.Az xəbər veiri ki, oyunda hesabı 4-cü dəqiqədə R.Sterlinq açıb.

İlk hissədə B.Silvanın 31-ci dəqiqədə fərqlənməsi ilə qonaqlar iki top fərqi ilə önə keçib.

Qarşılaşmanın 63-cü dəqiqəsində B.Silva üstünlüyü üç topa çatdırıb. Ev sahibləri 74-cü dəqiqədə Kuço ilə təsəlli qolunu vura bilib.

Səfərdə 1-3 hesablı qələbə qazanan “şəhərlilər” Premyer Liqada liderliyə yüksəlib. Bununla da gün ərzində Premyer Liqanın lideri ikinci dəfə dəyişib. Buna qədər günə lider kimi başlayan “Çelsi”nin “Vest Hem” səfərində məğlub olmasından istifadə edən “Liverpul” “Vulverhempton”u səfərdə məğlub edərək ilk pilləyə yüksəlmişdi.

Hazırda turnir cədvəlinə 35 xalla “Mançester Siti” başçılıq edir. “Liverpul” 34 xalla ikinci, “Çelsi” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.