“Real” Madriddən vacib qələbə, PSJ liderliyini əlçatmaz edir - VİDEO

13-12-2021, 08:28           
“Real” Madriddən vacib qələbə, PSJ liderliyini əlçatmaz edir - VİDEO
Avropanın klub çempionatlarında növbəti turun mərkəz oyunları keçirilib.

İspaniya çempionatında Madrid derbisi baş tutub.

“Real” Madrid “Atletiko” Madridi qəbul edib. Ev sahibləri qalib gəliblər.

“Real” Madrid – “Atletiko” Madrid 2:0

Qeyd edək ki, bu qələbədən sonra "Real" Madrid turnir cədvəlində vahid liderliyini davam etdirir. Komandanın 17 oyundan sonra aktivində 42 xalı var.


Fransa çempionatında isə “Monako” PSJ-nin qonağı olub.

Ev sahibləri Mbappenin qolları ilə qalib gəlib.

PSJ – Monako 2:0

Bununla da PSJ növbəti üç xalını qazanaraq çempionluğa doğru daha bir addım atıb. Komandanın aktivində 18 oyundan sonra 45 xalı var. İkinci yerdə olan "Marsel" klubu PSJ-dən 13 xal geridədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru