Azərbaycan Beynəlxalq Boks Assosiasiyasına 10 milyon dollar rüşvət verib? - ŞOK İDDİA

13-12-2021, 18:11           
Azərbaycan Beynəlxalq Boks Assosiasiyasına 10 milyon dollar rüşvət verib? - ŞOK İDDİA
Ağır atletika və müasir beşnövçülüklə yanaşı Beynəlxalq Boks Assosiasiyasına da xəbərdarlıq edilib ki, əgər təkmilləşə bilməsə və bəzi ciddi korrupsiya iddiaları ilə mübarizə aparmasa, boks, artıq Olimpiya idman növü olmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BestBetUSA” saytında məqalə dərc olunub.
Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu qərarının arxasında duran əsas səbəblərdən biri hüquqşünas Riçard Maklarenin 2016-cı il Rio Olimpiadasındakı oyunlarda boks turnirində korrupsiya, rüşvətxorluq və idman nəticələrinin manipulyasiyası ilə bağlı geniş dəlillərin olduğunu ortaya qoyan son hesabatı olub.
Sayt həmçinin iddia edir ki, Azərbaycan da London-2012 olimpiya oyunlarında döyüşlərin öz boksçularının xeyrinə başa çatması qarşılığında Beynəlxalq Boks Assosiasiyası (AIBA) 10 milyon dollar məbləğində rüşvət verib.
Qeyd edək ki, Azərbaycan İngiltərənin paytaxtı Londanda keçirilən 2012 Yay Olimpiya Oyunlarında 53 idmançı ilə 15 idman növündə təmsil olunub. İdmançılarımız 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb. Boksçulardan Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da bur turnirdə bürünc medal qazanıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.