Mahir Şükürovun qardaşı həbs olunub?

14-12-2021, 16:39           
Mahir Şükürovun qardaşı həbs olunub?
Futbol üzrə Azərbaycan milli komandasının keçmiş futbolçusu Mahir Şükürovun ögey qardaşı Ümüd Şükürovun dələduzluq etdiyi iddia olunur.

Teref.az xəbər verir ki, bu barədə Lent.az saytı məlumat yayıb. Belə ki, Şükürov Ümüd Malik oğlunun dələduzluq əməllərinə görə həbs olunduğu bildirilir.

Məsələ ilə bağlı "Qafqazinfo” Mahir Şükürovla əlaqə saxlayıb. Sabiq futbolçu onun belə bir qardaşı olmadığını deyib: "Mənim o adda qardaşım yoxdur, məlumat doğru deyil”.

Qeyd edək ki, Mahir Şükürovun atasının adı Ağateyyub Şükürovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru